Bakıda insident – Binanın üstünə çıxıb özünü atacağını dedi
Bizi izləyin

Hadisə

Bakıda insident – Binanın üstünə çıxıb özünü atacağını dedi

Bakıda intihara cəhd edən şəxs xilas edilib.

Publika.az FHN-ə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin üçmərtəbəli fərdi yaşayış evinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirməsi barədə müraciət daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm