Bakıda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edildi
Bizi izləyin

Hadisə

Bakıda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edildi

Ötən gecə Bakının müxtəlif ərazilərində köməksiz vəziyyətdə qalan bir neçə nəfər FHN-in xilasediciləri tərəfindən xilas edilib.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Səbail rayonunda 3 nəfərin, Yasamalda isə 1 nəfərin giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Həmin şəxslər çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən xilas edilib. Bundan başqa gecə saatlarında Xətai rayonunda liftdə köməksiz vəziyyətdə qalan şəxs də xilas edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm