Universitet binası uçdu, 21 tələbə dağıntılar altında qaldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bizi izləyin

Hadisə

Universitet binası uçdu, 21 tələbə dağıntılar altında qaldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Rusiyanın Sankt-Peterburq şəhərində universitet binasının dam örtüyü çöküb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

"Lomonosov küçəsi, ev 9-da Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin beşmərtəbəli binasında dam örtüyünün pilətələri ikinci mətəbəyə qədər uçub", - deyə agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, dağıntının sahəsi təqribən 150 kvadrat metrdir. Binadan 81 tələbə təxliyə edilsə də, 21 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.

FHN dağıntının təmir işləri aparılan zaman texniki tələblərin pozulması səbəbindən baş verdiyini hesab edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm