Abşeronda gəncdən iyrənc ƏMƏL - Əmisinin...
Bizi izləyin

Hadisə

Abşeronda gəncdən iyrənc ƏMƏL - Əmisinin...

Abşeron rayonunun Novxanı kəndində oğurluq edən şəxs saxlanılıb.

Publika.az-ın məlumatına görə, Abşeron Rayon Polis İdarəsi kənddə bir mənzildən oğurluq edilməsi barədə daxil olan məlumatla bağlı dərhal hadisə yerinə baxış keçirib və əməliyyat istintaq tədbirlərinə başlayıb.

Çox keçmədən baş vermiş hadisənin üstü "isti izlər"lə açılıb. Polis əməkdaşları, öz əmisinin evindən 8 min manatlıq qızıl zinət əşyaları oğurlayan Mətləb Cavadovu tutaraq istintaqa təhvil verib. O, ilkin ifadəsində hadisədən peşiman olduğunu və bu cinayəti narkotik maddə aludəçisi olduğu üçün törətdiyini səmimi şəkildə etiraf edib.

Əvvəllər də məhkumluq həyatı yaşayan Mətləb Cavadov oğurluq yolu ilə əldə etdiyi qızılların bir hissəsini Sumqayıtda, qalanını isə ayrı-ayrı şəxslərə pul müqabilində satdığını bildirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Daha əvvəl Abşeronda avtomobillərdən oğurluq edən şəxs tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm