Bakı-Şamaxı yolunda zəncirvari qəza - 4 avtomobil əzildi
Bizi izləyin

Hadisə

Bakı-Şamaxı yolunda zəncirvari qəza - 4 avtomobil əzildi

Bakı-Şamaxı-Yevlax yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Zəncirvari qəza yolun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolun qarlı və dumanlı olması səbəbindən Şamaxı istiqamətində hərəkətdə olan "Ford" markalı maşın beton arakəsməyə dəyərək əzilib. Avtomobili ərazidən təxliyyə etməyə gələn evakuator hadisə yerində dayanan zaman, "Opel" və "Lada" markalı iki minik avtomobiliarxadan ona çırpılıb. Nəticədə maşınların 4-dü də əzilib.

Qəza zamanı 1991-ci il təvəllüdlü Şəki rayon sakini Mirhəmidov Rövşən Hacı oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm