Bakıda əməliyyat – 75 yaşlı qadın xilas edildi
Bizi izləyin

Hadisə

Bakıda əməliyyat – 75 yaşlı qadın xilas edildi

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb. Məlum olub ki, ev sahibəsi, 75 yaşlı Sona Kazımova xəstəliyi səbəbindən halsız vəziyyətdə qalıb. Bu səbbədən də o, çağırışlara reaksiya verə bilməyib. Ahıl qadın əraziyə cəlb edilmiş təcili tibbi yardım briqadasına təhvil verilib.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm