Cəlilabadda avtomobil YANDI - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Cəlilabadda avtomobil YANDI - Xəsarət alanlar var

Cəlilabadda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb və yanmağa başlayıb. Hadisə yerinə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvələri cəlb edilərək və yanğın söndürülüb.

İlkin məlumata görə, qəza zamanı 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağırolduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm