Azərbaycanda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 31 yaralı - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycanda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 31 yaralı - FOTO/VİDEO

Sumqayıtda marşrut avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.

Sumqayıt - H.Z. Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı müntəzəm xətt marşrutu minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

Qəza nəticəsində avtobusda olan sərnişinlərdən 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, hazırda 10-a yaxın xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm