Kadırova sui-qəsd hazırlayan çeçen “Neolit” olayında
Bizi izləyin

Hadisə

Kadırova sui-qəsd hazırlayan çeçen “Neolit” olayında

Moskvanın cənub-şərqindəki “Neolit” kafesində bir qrup çeçenlə azərbaycanlılar arasında baş vermiş münaqişə ilə bağlı işdə gözlənilməz dönüş baş verib. Kütləvi davadan az sonra avtoritet Qərib Orucovun qətlə yetirilməsində Ramzan Kadırova qarşı sui-qəsd hazırlamış terrorçu Lors Xamiyev ittiham olunub. Əlaltısı ilə birgə silahlı məhkəmə tərəfindən həbs edilib.

Virtualaz.org xəbər verir ki, bu günlərdə “Neolit” kafesindəki davadan sonra Moskvanın Səmərqənd bulvarında güllələnmiş 52 yaşlı Qərib Orucovun qətlində şübhəli bilinən şəxslər saxlanılıb.

Ümumilikdə, 5 nəfər saxlanılıb və bunlardan birinin – 35 yaşlı Lors Xamiyevin çox qaranlıq keçmişi var – o, qanunsuz silahlı qruplaşmaların üzvü olub, Çeçenistan başçısı Ramzan Kadırova qarşı sui-qəsd hazırladığına görə həbs edilib. Keçmiş silahlı və daha bir Çeçenistan sakini – 33 yaşlı Həmid Cəbrayılov “millətlərarası və ya dinlərarası ədavətə görə bir qrup şəxs tərəfindən törədilmiş qətl” maddəsi üzrə ittiham olunub və Kuzminski məhkəməsi tərəfindən fevralın 19-da həbs ediliblər. Digər saxlanılanların taleyi bu günlərdə məlum olacaq.

Məhkəmə onların saxlanılma müddətini daha 72 saat artırıb və məlumata görə, hər üçü “yalan detektoru”ndan keçiblər və onlar barəsində istintaq hərəkətləri aparılıb. Bəzi məlumatlara əsasən, şübhəli şəxslərin beşi də Rostov-Dona gedərkən yolda saxlanılıblar. İstintaq şübhə etmir ki, Səmərqənd bulvarındakı qətl və “Neolit” kafesindəki dava eyni zəncirin halqalarıdır.

“Moskovski komsomolets” nəşri xatırladır ki, Qroznıda anadan olmuş Lors Xamiyev 2007-ci ilin may ayında terrorçuluqda, silah-sursat saxlamaqda, həmçinin dövlət və ya ictimai xadimə qarşı sui-qəsd hazırlamaqda ittiham edilərək saxlanılmışdı. O, 8 il müddətinə həbs edilmiş, lakin vaxtından əvvəl – 2015-ci ildə azad olunmuşdu. Bir sıra mənbələrin məlumatına görə, Xamiyev çeçen separatçılarının tərəfində vuruşub və amnistiya olunub. O, 2004-cü ildə silahlıların Nazran şəhərinə hücumunda iştirak edib, Moskvanın Pokrışkin küçəsindəki “McDonalds” restoranında törədilmiş partlayışla bağlı işdə şahidlik edib, Moskvada terror aktları törətməyə hazırlaşan mütəşəkkil cinayətkar qrupun təşkilatçısı olub. Bunlardan biri Ramzan Kadırova FTX tərəfindən qarşısı alınmış sui-qəsddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm