Sumqayıtda DƏHŞƏTLİ QƏZA: yaralıların sayı 42-yə çatdı - ADLAR (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Sumqayıtda DƏHŞƏTLİ QƏZA: yaralıların sayı 42-yə çatdı - ADLAR (YENİLƏNDİ)

Sumqayıtda marşrut avtobusunun qəzaya uğraması nəticəsində yaralanan şəxslərdən 6 nəfəri reanimasiyaya yerləşdirilib.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, yaralılardan biri əməliyyat otağına götürülüb:

"Yaralıların biri isə hamilə qadındır. Ölən yoxdur, amma vəziyyəti ağır olanlar var".

Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.

Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

Avtobusda olan sərnişinlərdən 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Sumqayıtda Sumqayıt şəhəri - H.Zeynalabdin qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 31 nəfərin 12-si evə buraxılıb.

Bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Nazirlikdən bildirilib ki, hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında 19 nəfər müalicəsini davam etdirir:

"Onların 6-sı reanimasiya, 7-si travmatologiya şöbəsinə yerləşdirilib, 1 hamilə qadın tibbi yardım almaq məqsədilə Sumqayıt Şəhər Doğum Evinə göndərilib.

Qalan xəstələrə isə hazırda tibbi yardım göstərilir, onlardan bəziləri evə buraxıla bilər. Ümumilikdə is xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir".

***

Sumqayıt şəhərində baş verən yol qəzasında yaralananların sayı 42-yə çatıb.

"Report"un məlumatına görə, xəsarət alanlar bunlardır:

Qaraşova Kəmalə

Süleymanov İbrahim

Nəcəfova Nisə

Rüstəmova Gülnar

Bəylərov Yaşar

Məmmədova Gülnarə

Sadıqova Təranə

Alyarova Validə

İbrahimzadə Murad

Paşayev Vüqar

Həsənov Vüsal

Süleymanov Nicat

İsmayılov Ceyhun

Quliyeva Minarə

Vəliyev Əbdül

Kərimova Yeganə

Ağayeva Yeganə

Səfərbəyova Rəna

Məmmədov Nəsrulla

Cəliyeva Ülkər

Əliyeva Nahidə

Tahirova Nühbahar

Əlizadə Rauf

Səlimov Sərxan

İsmayılov Elbrus

Mehdiyev Ümid

Abdullayev Ağamir

Kətəmova Zülfiyyə

Mikayılova Sahilə

Nəbiyeva Aynurə

Bağırov Emil

Rəhimova Gülnar

Sadıqova İlhamə

Həziyeva Svetlana

Şamilov Nizami

Musayev Davud

İdris Abbasov

Xandənə Əhədqızı

Digər yaralıların qeydiyyatı aparılır.

Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Nəriman İmanov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xəstəxanada yaralılara baş çəkib.

Əldə edilən məlumata görə, avtobusun sürücüsü Ceyhun Əhmədovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm