Azərbaycanda məktəbdə baş verən yanğınla bağlı YENİ XƏBƏR (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Azərbaycanda məktəbdə baş verən yanğınla bağlı YENİ XƏBƏR (YENİLƏNDİ)

Quba rayonunda məktəb binasında baş verən yanğının qarşısı alınıb.

"Report"un verdiyi məlumata görə, hadisə Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbində baş verib.

Belə ki, odun peçindən taxta döşəmənin üstünə düşən köz parçaları səbəbindən məktəbin 3-cü mərtəbəsində yerləşən sinif otaqlarından birində tüstülənmə baş verib. Hadisə dərsdən sonra baş verdiyindən xəsarət alan olmayıb.

Yanğın qısa müddət ərzində söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

Quba rayonunda məktəb binasında yanğın olub.

"Report"un verdiyi məlumata görə, hadisə rayonun H.Zərdabi qəsəbəsində yerləşən orta məktəb binasında baş verib.

Yanğın dərs vaxtında baş verdiyi üçün şagirdlər dərhal təxliyə edilib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm