Ucarda minik maşını aşdı
Bizi izləyin

Hadisə

Ucarda minik maşını aşdı

Ucar rayonunda maşın yoldan çıxaraq aşıb.

"Report"un məlumatına görə, qəza dünən axşam saatlarında Bakı-Qazax magistral yolunun 248-ci km-də, Ucar rayonunun "dördyol" adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetməni itirərək, yoldan çıxıb və nəticədə aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hələlik onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm