• USD 1,7000 0,00% EUR 1,9248 +0,44%
    • GBP 2,1509 +0,53% RUB 0,0240 0,00%

Marketdə DƏHŞƏTLİ ANLAR: qadını bağladı, yandırdı və... - FOTO

  • Hadisə
  • 23 Fevral 2019 12:53
  • 636 Baxış
Marketdə DƏHŞƏTLİ ANLAR: qadını bağladı, yandırdı və... - FOTO

ABŞ-da marketlərdən birində dəhşətli anlar yaşanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, marketi qarət etmək üçün ora gələn soyğunçu bununla kifayətlənməyib.

O, əvvəlcə marketin satıcısı ilə müştərisi olan iki qadını yerə yatmağa məcbur edərək onları yapışqan lentlə bağlayıb və hərəkətsiz vəziyyətə gətirib. Bundan sonra isə müştəri qadının üzərinə yandırıcı maddə tökərək onu atəşə verib.

Kassadan 800 dollar götürən soyğunçu marketdən gedib.

Müştəri qadın isə çətinliklə lenti açıb və üzərindəki paltarları çıxararaq yanğını söndürüb. Yanıq xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.

Robert Tompson (40) adlı cinayətkar həmin gün tutulub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR