Bakıda qorxunc hadisə - Piyada dayanacaqdakı avtobusun altında qaldı
Bizi izləyin

Hadisə

Bakıda qorxunc hadisə - Piyada dayanacaqdakı avtobusun altında qaldı

Bakı şəhərinin Suraxanı rayonunda dayanacaqda durmuş piyada avtobusun altına düşüb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə ilə bağlı Xüsusi Riskli Xilasetmə Xidmətinə müraciət daxil olub.

Xilasedicilər hadisə yerinə gələrək vətəndaşı "Karsan" markalı avtobusun altından çıxarıb Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm