Bakıda 24 yaşlı qız avtobusun altında qaldı – TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Bakıda 24 yaşlı qız avtobusun altında qaldı – TƏFƏRRÜAT

Bu gün Bakının Suraxanı rayonunda piyadanın avtobusun altında qalması hadisəsinin təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, Qaraçuxur qəsəbəsi Eyvazov küçəsində “BMW” markalı minik avtomobili 1995-ci il təvəllüdlü Kazımova Aynur Tofiq qızını vurub. Gənc qız zərbənin təsirindən yolun kənarında dayanmış avtobusun altına yıxılıb. Qızı nəqliyyat vasitəsinin altından təhlükəsiz şəraitdə çıxarmaq üçün xilasedicilər dəvət edilib.

Əraziyə çağırılmış təcili tibbi yardım briqadasına təhvil verilən Aynur Kazımovanın ayağının sındığı məlum olub.

Həkimlər onun həyatına ciddi təhlükənin olmadığını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm