Şamaxıda "Nissan" aşdı - YARALILAR VAR
Bizi izləyin

Hadisə

Şamaxıda "Nissan" aşdı - YARALILAR VAR

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şamaxı-Padarçöl yolunun 45-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Padarçöl istiqamətində hərəkətdə olan "NİSSAN" markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb və avtomobil aşıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə zamanı ağı bədən xəsarətləri alan bir qadın və bir kişi "təcili yardım" maşını ilə Şamaxı Rayon Mərkəzi Xəstəxansına çatdırılıb. Şəxsiyyətləri hələlik məlum olmyana qadın və kişinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm