Bakıda tikilməkdə olan çoxmərtəbəli binada YANĞIN
Bizi izləyin

Hadisə

Bakıda tikilməkdə olan çoxmərtəbəli binada YANĞIN

Bu gün Bakının Nəsimi rayonunda yanğın qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda tikintisi başa çatmayan çoxmərtəbəli yaşayış binasında tüstülənmə olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri dərhal hadisə yerinə cəlb olunub.

İlkin məlumata görə, qeyd olunan ünvanda çoxmərtəbəli yaşayış binasının şaxtasında elektrik kabellərində tüstülənmə baş verib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm