Gəncədə piyadanı avtomobil vurdu
Bizi izləyin

Hadisə

Gəncədə piyadanı avtomobil vurdu

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Şah İsmayıl Xatai prospektində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 1983-cü il təvəllüdlü Pirvediyev Məmməd Çingiz oğlunu "VAZ-2107" markalı avtomobil vurub. Yaralı elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Bakıda piyada avtobusun altında qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm