İcra başçısı nədən vəfat edib? - AÇIQLAMA
Bizi izləyin

Hadisə

İcra başçısı nədən vəfat edib? - AÇIQLAMA

Bu gün gecə saatlarında qəfil dünyasını dəyişən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən Hüseyn oğlu İbrahimov Bakıda dəfn ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Axar.az-a Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat veriblər.

İcradan bildirilib ki, başçının hər hansısa xəstəliyi olmayıb:

“Hansısa ciddi xəstəliklə bağlı şikayəti olmayıb. Ölümü də qəfil baş verib. Rövşən İbrahimov Bakıda dəfn ediləcək. Ailəsi və özü uzun illər Bakıda yaşayıb. Bu səbəbdən də dəfn edilmək üçün Bakıya aparılıb”.

Qeyd edək ki, 1967-ci ildə Siyəzən rayonunda anadan olan 51 yaşlı Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov bu gecə qəfil dünyasını dəyişib.

O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2018-ci il tarixili Sərəncamı ilə Naftalan İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm