Masallıda DƏHŞƏTLİ QƏZA - Ölən və xəsarət alan var
Bizi izləyin

Hadisə

Masallıda DƏHŞƏTLİ QƏZA - Ölən və xəsarət alan var

Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Publika.az-a verilən məlumata görə, fevralın 23-də saat 11 radələrində Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində Biləsuvar rayon sakini R.İsmayılov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla yolun əks istiqamətinə çıxaraq Ağdam rayon sakini A.Ağayevin idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşduqdan sonra yolun kənarında dayanmış, Cəlilabad rayon sakini M.Məlikova məxsus "Great Wall" markalı avtomobilə çırpılıb. Nəticədə A.Ağayev hadisə yerində ölüb, R.İsmayılovun bir sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm