Bakıda 17 yaşlı qız itkin düşdü
Bizi izləyin

Hadisə

Bakıda 17 yaşlı qız itkin düşdü

Bakıda yeniyetmə qız itkin düşüb.

Trend-in məlumatına görə, hadisə Suraxanı rayonunun Binə qəsəbəsində baş verib.

Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Qərənfil Rüstəmova polisə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan qızı, 2002-ci il təvəllüdlü Rüstəmova Ləman Rasim qızı fevralın 21-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm