Göyçayda qəza: xəsarət alan var
Bizi izləyin

Hadisə

Göyçayda qəza: xəsarət alan var

Göyçay rayonunda yol qəzası baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 203 km-də - rayonun Bığır kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "Mercedes" markalı minik maşınlarının toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Bu, İsmayıllı rayon Soltankənd kənd sakini Əhmədov Əhməd Abdulla oğludur. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Faktla bağlı araşdırma aparılır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm