Bakıda tələbə qız faciəvi şəkildə öldü - FOTO
Bizi izləyin

Hadisə

Bakıda tələbə qız faciəvi şəkildə öldü - FOTO

Ötən gecə Bakıda tələbə qız dəm qazından boğulub.

Publika.az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin I kurs (103b qrup) tələbəsi 2001-ci il təvəllüdlü Camalova Aytən Hikmət qızı kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb.

Tələbənin ölümü ilə əlaqədar universitet başsağlığı verib: “Hadisə ilə bağlı tələbəmiz Aytən Camalovanın valideyni ilə əlaqə saxladıq. Hazırda tələbəmizin cənazəsi doğulduğu Tovuz rayonuna aparılır.

Tələbəmizin vaxtsız vəfatı bizi çox sarsıtdı. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Dillər Universitetinin professor-müəllim və tələbə heyəti adından tələbəmizin yaxınlarına dərin hüznlə başsağlığ veririk”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm