Bakıda FACİƏ - 2 yaşlı uşaq dəm qazından boğulub öldü
Bizi izləyin

Hadisə

Bakıda FACİƏ - 2 yaşlı uşaq dəm qazından boğulub öldü

Bakıda azyaşlı dəm qazından boğulub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, R.Quliyev küçəsi, ev 25a ünvanında baş verib.

Həmin ünvanda yaşayan, 2017-ci il təvəllüdlü Verdiyev Nurlan Xaliq oğlu evin yataq otağına qaz sızması nəticəsində dəm qazından boğulub ölüb.

Həmin vaxt uşağın valideynlərinin də otaqda olmasına baxmayaraq, onların sağlamlığına zərər dəyməyib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm