Azərbaycana məxsus təyyarə Rusiyada QƏZAYA UĞRADI - Heyət üzvləri və sərnişinlər... - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycana məxsus təyyarə Rusiyada QƏZAYA UĞRADI - Heyət üzvləri və sərnişinlər... - FOTO

Bakıdan Moskvaya uçan Azərbaycana məxsus təyyarə qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, Moskvanın Şermetev Hava limanına uçuş yerinə yetirən 4K-AZ88 nömrəli Gulfstream G200 Galaxy təyyarəsi eniş əsnasında eniş zolağından kənara çıxıb.

Nəticədə təyyarənin şassiləri qırılıb, gövdəsi zədələnib.

Məlumata əsasən təyyarənin heyət üzvləri və beş nəfər sərnişin xəsarət almayıb.

Faktla bağlı cinayət işi açılıb. Bunu ölkənin Moskva Regionlararası İstintaq İdarəsinin nəqliyyat üzrə baş köməkçisi Larisa Markovets bildirib.

Onun sözlərinə görə, qəza baş verməsinə təhlükəsizlik qaydalarının pozulmasının səbəb olduğu ehtimal edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm