Bakıda daha bir binada YANĞIN – 15 nəfər təxliyə edildi
Bizi izləyin

Hadisə

Bakıda daha bir binada YANĞIN – 15 nəfər təxliyə edildi

Ötən gecə Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın 3-cü mərtəbəsindən 7-ci mərtəbəsinə qədər şaxta boyunca kommunikasiya xətləri 15 p.m yanıb, yüksək temperaturdan 4-cü mərtəbəsinin dəhlizinin lambirindən ibarət tavanı 40 m² sahədə əriyib. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, 15 nəfər (o cümlədən 3 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Kommunikasiya xətlərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, ötəbn gecə Xətai rayonu ərazisində yerləşən daha 2 doqquzmərtəbəli binada da yanğın qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm