DİN şirkət rəhbərinin öldüyü hadisə barədə məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN şirkət rəhbərinin öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Abşeron rayonunda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az
Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 27-də saat 22 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində Şamaxı rayon sakini O.İsrafilov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Səxavət Əvəzovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, yol qəzasında vəfat edən S.Əvəzov Müşfiq qəsəbəsində yerləşən quşçuluq fabrikinin direktoru olub. O, hadisə vaxtı sərxoş halda yolun hərəkət hissəsinə çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm