Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ər-arvad öldü, 3 yaralı - Şok TƏFƏRRÜAT/FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ər-arvad öldü, 3 yaralı - Şok TƏFƏRRÜAT/FOTO (YENİLƏNDİ)

Bu gün Ağcabədi rayonunda baş vermiş dəhşətli yol qəzasında vəfat edən şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Hüsülu kəndi ərazisində "Lada Priora" və "Mitsubishi Pajero" markalı minik avtomobillərinin toqquşması nəticəsində vəfat edən 32 yaşlı Elsevər Məmmədov Ağcabədidəki "Yeni Abituriyent" kurslarında müəllim kimi çalışırmış.

Hadisə zamanı "Lada Priora"nın sürücüsü Elsəvər Məmmədovla birgə onun həyat yoldaşı Həyat Məmmədova hadisə yerində ölüb. Digər avtomobildə olan üç nəfər - Akif Babayev, Qara Babayev və Əlirza Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəfat edən E.Məmmədovun fotosunu təqdim edirik.

***

Ağcabədi rayonunda ağır yol qəzası baş verib.

"Report"un verdiyi məlumata görə, hadisə rayonun Hüsülu kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada Priora" və "Mitsubishi Pajero" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Lada Priora"nın sürücüsü Elsəvər Məmmədov və həyat yoldaşı Həyat Məmmədova hadisə yerində ölüblər. Digər avtomobildə olan üç nəfər Akif Babayev, Qara Babayev və Əlirza Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm