DİN ana və qızının öldüyü hadisə barədə məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN ana və qızının öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Ucarda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 3-də saat 16 radələrində Ucar rayonunun Küçəkənd kəndi ərazisində Bərdə rayon sakini R.Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri T.İsgəndərlini və onun azyaşlı qızını vurub. Nəticədə T.İsgəndərli hadisə yerində, uşaq isə xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm