Azərbaycanda AĞLAGƏLMƏZ HADİSƏ: əcnəbi vətəndaşın üstünə 3,5 tonluq yük aşdı, ölmədi...
Bizi izləyin

Hadisə

Azərbaycanda AĞLAGƏLMƏZ HADİSƏ: əcnəbi vətəndaşın üstünə 3,5 tonluq yük aşdı, ölmədi...

Qusar rayonunda istirahət mərkəzlərindən birində bədbəxt hadisə baş verib. Mərkəzdə çalışan xarici vətəndaşlardan birinin üzərinə 3,5 tonluq yük aşıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, həmin şəxs xəstəxanaya yerləşdirilib. Şepelyov Nikita Mixayloviç qaraciyər, böyrək, dalaq, bağırsağın ağır xəsarətləri, çoxlu qanitirmə və ağır travmatik şok diqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına daxil olub.

N.Şepelyov Qusar rayon mərkəzi xəstəxanasında əməliyyat olunub. Həkimlər yaralının həyatını xilas ediblər.

Qeyd edək ki, Şepelyov Nikita Mixayloviç Səhiyyə Nazirliyinə və Qusar Mərkəzi Rayon Xəstəxanasına minnətdarlıq məktubu ünvanlayıb.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm