Rusiyada dəhşətli qəzada ölənlərin hamısı azərbaycanlıdır - ADLAR - SİYAHI/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Rusiyada dəhşətli qəzada ölənlərin hamısı azərbaycanlıdır - ADLAR - SİYAHI/VİDEO - (YENİLƏNDİ)

Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 azərbaycanlı dünyasını dəyişib, 3-ü isə yaralanıb.

Yaralılar Nevinnomısk xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Ölən və yaralıların hamısının Ağcabədi rayonundan olduğu bildirilir.

Bundan əlavə, qəzada ölən azərbaycanlıların kimliyi də məlum olub. Bunlar 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinovdur.

Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev qəzada ölənlərinin meyitlərinin hazırda morqda olduğunu və müəyyən prosedurlardan sonra Azərbaycana göndəriləcəyini bildirib. (report)

***

Azərbaycandan Moskvaya gedən minivanın Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Stavropol diyarı üzrə Baş İdarəsinin nümayəndəsi məlumat verib.

Məlumata görə, "Mercedes" markalı minivan Azərbaycandan Moskvaya özəl reys həyata keçirərkən qarşı zolağa çıxan yük maşını ilə toqquşub.

Qurumun məlumatında göstərilir ki, yaralılar Nevinnomısk xəstəxanasına çatdırılıblar. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm