Azərbaycanda ata və oğlu sərxoş vəziyyətdə yatdı - DƏHŞƏTLİ YANĞIN BAŞ VERDİ - ÖLƏNLƏR VAR
Bizi izləyin

Hadisə

Azərbaycanda ata və oğlu sərxoş vəziyyətdə yatdı - DƏHŞƏTLİ YANĞIN BAŞ VERDİ - ÖLƏNLƏR VAR

Ötən gecə Xaçmaz rayonunun Yalama kəndində baş vermiş dəhşətli yanğının təfərrüatları məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğlunun və 2013-cü il təvəllüdlü Qədirov Taleh Əjdər oğlunun yanaraq öldüyü hadisənin siqaretdən başladığı məlum olub.

Bildirilir ki, fəhləliklə məşğul olan Əjdər 4 uşaq atası olub. Bir müddət əvvəl onun spirtli içkilərə meyilli olması və digər səbəblərdən həyat yoldaşı qızını götürərək evdən gedib. Bundan sonra Ə.Qədirov 3 oğlu ilə atasının evinin həyətindəki tikilidə yaşamağa başlayıb.

Dünən gecə saatlarında Ə.Qədirov sərxoş vəziyyətdə yatıb və gecə dururaq siqaret çəkib. Bu zaman yenidən yuxuya getdiyi üçün evdə yanğın başlayıb. Onun böyük oğlu qaçaraq babasını köməyə çağırıb. Lakin sərxoş vəziyyətdə olan uşaqların babası da reaksiya verməyə gecikib. Nəticədə Əjdər Qədirovla kiçik oğlu Taleh yanaraq ölüb. Onun digər oğlu isə hadisə vaxtı babasının yanında yatıbmış.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nizam

****

9:12

Xaçmaz rayonunun Yalama kəndində ümumi sahəsi sahəsi 20 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

FHN-dən Publika.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğlunun və 2013-cü il təvəllüdlü Qədirov Taleh Əjdər oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm