Şəkidə "Prado" və mikroavtobus toqquşdu - 9 NƏFƏR YARALANDI - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Şəkidə "Prado" və mikroavtobus toqquşdu - 9 NƏFƏR YARALANDI - YENİLƏNDİ

Şəki şəhərində mikroavtobusun iştirakı ilə baş verən qəzada yaralananların adları məlum olub.

Yaralananların əkəsəriyyəti Qaxdan Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobusun sərnişinlərdir.

Yaralılar bunlardır:

Bakı sakini-53 yaşlı-İsa Bədrəddin oğlu Hacıyev

Cəlilabad rayon sakini-26 yaşlı-Fərid Zakir oğlu Səmədov

Qax rayon sakini-24 yaşlı Elməddin İsrafil oğlu İsrafilov

Qax rayon sakini-36 yaşlı Tural Abdulla oğlu Babayev

Qax rayon sakini-25 yaşlı Nailə Nəsib qızı Seyidova

Qax rayon sakini-22 yaşlı Abdul Məcid oğlu Seydəliyev

Bakı sakini-26 yaşlı Ülfət Qulam oğlu Məmmədli

Qax rayon sakini-32 yaşlı-Neyman Nəriman oğlu Nurməmmədov

Qax rayon sakini-5 yaşlı Vüqar Emin oğlu Həzrətov

Şəki rayon Mərkəzi Xəstəxanasından "Report"a verilən məlumata görə,yaralılardan 25 yaşlı Nailə Seyidovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.Digər yaralılar cərrahiyyə şöbəsində müalicə olunur.

****

10:56

Şəki şəhərində 9 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"99-HD-777" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobillə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

Nəticədə 9 nəfər bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm