Kür çayında 8 nəfər qayıqda köməksiz halda qaldı – FHN XİLAS ETDİ
Bizi izləyin

Hadisə

Kür çayında 8 nəfər qayıqda köməksiz halda qaldı – FHN XİLAS ETDİ

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 8 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, xilasetmə məntəqəsindən təxminən 1 km aralı, nəzarətsiz ərazidə içərisində 8 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.

Əməliyyat başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm