Ağsuda yük maşını su kanalına aşdı, sürücü öldü - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Ağsuda yük maşını su kanalına aşdı, sürücü öldü - FOTO/VİDEO

Ağsu rayonunda yol qəzası baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə günorta saatlarında rayonun Ərəbmehdibəy kəndində qeydə alınıb.

Belə ki, “Shacman” markalı yük maşını Şirvan kanalı üzərindəki körpüdən keçərkən idarəetmədən çıxaraq kanala aşıb.

Nəticədə sürücü, Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Mübariz Ağa oğlu Mamedov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm