Bəzi kişilər arvadlarını bu işə cəlb edirlər - Gömrük rəsmisi
Bizi izləyin

Hadisə

Bəzi kişilər arvadlarını bu işə cəlb edirlər - Gömrük rəsmisi

Son zamanlar narkotik vasitələrin daşıyıcıları arasında qadınların sayı artıb.

Publika.az xəbər verir ki. u sözləri Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı Şəkidə jurnalistlər üçün təşkil edilən təlimdə deyib.

O bildirib ki, son illər belə qadınların sayı 14%-ə çatıb:

“2018-ci il ərzində Azərbaycanda qadınlar arasında 87 halda daxili bədən boşluqlarında narkotiklərin keçirilməsi faktı qeydə alınıb. Hətta bəzi kişilər həyat yoldaşlarını, ana və bacılarını bu işə cəlb edirlər”.

Səhiyyə Nazirliyinin ölkə ərazisində 31 mindən çox narkotik vasitə istifadəçisini qeydə aldığını bildirən gömrük rəsmisi 2018-ci ildə ümumilikdə 1 ton 193 kiloqram narkotik vasitənin Dövlət Gömrük Komitəsi tərəfindən aşkar edildiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm