Ermənistana keçən azərbaycanlı barədə MARAQLI FAKTLAR - RƏSMİ
Bizi izləyin

Hadisə

Ermənistana keçən azərbaycanlı barədə MARAQLI FAKTLAR - RƏSMİ

Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb.

Publika.az-a Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb, həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub.

Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.

Hazırda araşdırma işləri davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm