Yataqxanda yanğın - FHN böyük faciənin QARŞISINI ALDI
Bizi izləyin

Hadisə

Yataqxanda yanğın - FHN böyük faciənin QARŞISINI ALDI

Şirvan şəhərində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 25 m² olan otağın eyvanının lambirindən ibarət yanar konstruksiyaları 5 m² sahədə və bitişik digər eyvanın lambirindən ibarət yanar konstruksiyaları 2 m² sahədə yanıb.

Publika.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı həcmi 40 litr olan məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm