Ermənistandan Azərbaycana gətirilən spirtli içkilər məhv edildi - FOTO
Bizi izləyin

Hadisə

Ermənistandan Azərbaycana gətirilən spirtli içkilər məhv edildi - FOTO

Martın 16-da Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Publika.az-a Gömrük Komitəsindən verilən məlumata görə, ümumilikdə 2 812 883 ədəd protexniki vasitələr, 43 092 ədəd dərman preparatları, 735 ədəd istifadəyə yararsız müxtəlif markalı mobil telefonlar və aksesuarları, 12675,4 litr alkoqollu və sərinləşdirici içkilər, 1212,8 kq qarışıq ərzaq məhsulları, 6019 kq yuyucu vasitələr və müxtəlif növ məişət malları məhv edilib.

Qeyd edək ki, məhv edilən mallar 2018-2019-cu illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalara aiddir.

Məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 220 ədəd müxtəlif növ litrli spirtli içkilər də olub.

Müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunan mallar Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda DGK-nın müvafiq qurumlarının əməkdaşları və media nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm