İlkin Rüstəmzadə və Bayram Məmmədov azadlığa buraxıldı - FOTO
Bizi izləyin

Hadisə

İlkin Rüstəmzadə və Bayram Məmmədov azadlığa buraxıldı - FOTO

Nida Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə və Bayram Məmmədov azadlığa buraxılıb.

Onlar Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azad olunublar.

Hər iki şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb və onlara arayışları təqdim olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı, ümumilikdə, 431 nəfərə şamil olunub.

Xatırladaq ki, İ.Rüstəmzadə 2013-cü ilin mayında həbs olunmuş və 2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. B.Məmmədov isə 2016-cı il mayın 10-da həbs olunmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 10 il azadlıqdan məhrum edilmişdi. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm