Şeyx bu şəxslərin azad edilməsi üçün müraciət edibmiş - SİYAHI
Bizi izləyin

Hadisə

Şeyx bu şəxslərin azad edilməsi üçün müraciət edibmiş - SİYAHI

Prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamı ilə azadlığa qovuşanlar arasında dindarlar da var.

Axar.az xəbər verir ki, bu gün "Nardaran hadisələri”nə görə və ondan sonra həbs edilən Zülfüqar Mikayılzadə, Elman Ağayev, Elxan Həsənov, Ruzi İsmayılov, Rasim Cәbrayılov, Elvin Bünyatov, Lәtif Әhmәdov, Qorxmaz Cәlalov, həmçinin Taleh Bağırovun lideri olduğu Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov, Әlimxan Hüseynov, "Azadxeber” saytının baş redaktoru Nicat Əliyev da azadlığa buraxılıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, dindarların əfvi üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Prezident yanında Əfv Komissiyasına müraciət edib. Komissiya əfv sərəncamı üçün məhkumların siyahısını hazırlayarkən şeyxin müraciətini nəzərə alıb. Ölkə başçısı da bu müraciəti dəyərləndirib.

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, Allahşükür Paşazadə hər zaman mərhəmətin və humanizmin tərəfdarıdır:

"Allahşükür Paşazadə təkcə dindarlarla bağlı deyil, digər şəxslər barədə də cənab Prezidentə müraciət edib".

Ə.Nuriyev Şeyxin konkret olaraq kimlər üçün müraciət etməsi haqda əlavə məlumat verməyib:

"Bu barədə ancaq müraciət edən insanlar məlumatlı ola bilər, nəsə söyləyə bilər. Mən hər hansı formada nəsə deyə bilmərəm. Gizliliyi poza bilmərəm. Allahşükür Paşazadə hər zaman cətin vəziyyətə düşənlərin hüquqlarını müdafiə edib. Hər zaman onların azad olunmasının tərəfdarı olub".

Qeyd edək ki, ölkə başçısının dünən imzaladığı əfv sərəncamı ümumilikdə 431 məhkuma şamil olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm