Bakıda klinikanın qarşısında ağır qəza - Qadın xəstəxanalıq oldu
Bizi izləyin

Hadisə

Bakıda klinikanın qarşısında ağır qəza - Qadın xəstəxanalıq oldu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Yasamal rayonu Şərifzadə küçəsində - Nəsrəddin Tusi adına klinikanın qarşısında avtomobil 60-65 yaşlı qadını vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya aparılıb.

Hadisəni törədən sürücü nəqliyyat vasitəsi ilə birgə ərazidən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm