Şabranda AĞIR QƏZA: ölən var - VİDEO
Bizi izləyin

Hadisə

Şabranda AĞIR QƏZA: ölən var - VİDEO

Şabran rayonunda ölümlə nəticələnən zəncirvari avtomobil qəzası baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, "VAZ-2107", "Mercedes" və "VAZ-21010" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2107" markalı avtomobildə olan qadın ölüb.

Ölən şəxs 1936-cı il təvəllüdlü Şabran rayon sakini Solmaz Qasımovadır. Şabran rayon Polis şöbəsindən verilən məlumata görə, qadın müayinə üçün xəstəxanaya aparılarkən yolda avtoqəzaya düşsə də, xəsarət almadan stress keçirdərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm