Piyadanı vurdu, hadisə yerindən qaçdı - AZƏRBAYCANDA
Bizi izləyin

Hadisə

Piyadanı vurdu, hadisə yerindən qaçdı - AZƏRBAYCANDA

Kürdəmir şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü yerli sakin Əmirov Elmurad Elgün oğlu yolu qarşı tərəfə keçmək istəyən zaman naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. O, vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm