Ağcabədidə pul və qızıl zinət əşyaları oğurlayan şəxs saxlanıldı
Bizi izləyin

Hadisə

Ağcabədidə pul və qızıl zinət əşyaları oğurlayan şəxs saxlanıldı

Ağcabədi rayonunda bir neçə mənzildən oğurluq edən şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi Rüfət Məmmədovun "Report"un Qarabağ Mərkəzinə verdiyi məlumata görə, müxtəlif vaxtlarda rayon ərazisində bir neçə fərdi yaşayış evindən pul və qızıl zinət əşyaları oğurlanması barədə polisə məlumat daxil olub.

Aparılmış əməliyyat və istintaq tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini İbrahimov Zamin Hümbət oğlu saxlanılıb. Dindirilmə zamanı məlum olub ki, Z.İbrahimov 3 dəfə ayrı-ayrı evlərə gizli yolla daxil olaraq ümumilikdə vətəndaşlara 3 min manata qədər ziyan vurub.

Saxlanan şəxs oğurladığı qızıl zinət əşyalarını sataraq pul əldə edib.

Faktla bağlı rayon Polis şöbəsində cinayət işi başlanaraq araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm