Hadisə
Ağcabədidə evlərdən oğurluq edənlər tutuldu
Ağcabədi rayonunda 3 evdən pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 17-18-də rayon ərazisindəki 3 evdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq etdiyinə görə məhkum olunmuş Z.İbrahimov saxlanılıb.
RPŞ əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri ilə martın 18-də rayon ərazisindəki kafelərdən birindən spirtli içki oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Hüseynov və Ə.İsmayılov saxlanılıblar.
Ə.İsmayılovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerliləri R.Əsədov və R.Hüseynovla birgə bu il yanvarın 24-də rayon ərazisindəki evlərdən birindən televizor oğurlaması da müəyyən edilib.
Görülmüş tədbirlərlə R.Əsədov və R.Hüseynov da saxlanılıblar.
-
Hadisə16:55
Bakıda bazar yanır
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı