Nazirlik avtomobillə qatarın toqquşması barədə məlumat yaydı
Bizi izləyin

Hadisə

Nazirlik avtomobillə qatarın toqquşması barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi dünən Füzuli rayonunda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 24-də saat 9 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində Araz Dilağardı kənd sakini Barat Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobili qorunmayan keçiddə hərəkətdə olan teplavoza vurub.

Xəstəxanaya yerləşdirilmiş B.Həsənov orada ölüb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm