Bakıda ağır yol qəzaları baş verib – ÖLƏNLƏR VAR
Bizi izləyin

Hadisə

Bakıda ağır yol qəzaları baş verib – ÖLƏNLƏR VAR

Bu gün Bakının Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, saat 1 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Astara rayon sakini N.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Saatlı rayon sakini M.Gülalıyevin idarə etdiyi “Saz” markalı yük avtomobilinə vurub. Nəticədə N.Məmmədovun sərnişinlərindən Lənkəran şəhər sakini Hüseyn Abdullazadə hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Bundan başqa Səbail rayonunun Salyan Yolu küçəsində Bakı şəhər sakini R.Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Roman Cəfərovu və Vahid Rəhimovu vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib, R.Cəfərov orada ölüb.

Ağır yol qəzaları ilə bağlı cinayət işləri açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm