İmişlidə qəza - Yaralı var
Bizi izləyin

Hadisə

İmişlidə qəza - Yaralı var

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Publika.az xəbər verir ki, İmişli sakini -1979-cu il təvəllüdlü Qasımov Elnur Yusif oğlu idarə etdiyi "Volkswagen" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Qarabağlı Cəsarət Yadigaroğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm