3 otaqlı ev və kafe yandı
Bizi izləyin

Hadisə

3 otaqlı ev və kafe yandı

Balakəndə yanğın qeydə alınıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Qazma kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli, kürsülü 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 26 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yasayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 150 m² olan kafedə 5 m² sahədə mebel yanıb, yüksək temperaturdan 2 ədəd kondisioner əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm